Müdafiə Nazirliyi yarım milyon manatlıq kompüterlər alacaq – TENDER/FOTO

Hazırda oxunan: Müdafiə Nazirliyi yarım milyon manatlıq kompüterlər alacaq – TENDER/FOTO

137962

Azərbaycan Müdafiə Nazirliyi kompüter avadanlıqlarının satın alınması üçün martın 29-da başladığı tenderin nəticələrini və qalibini bu gün elan edib.  

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 505 min 563 manat olan tenderin qalibi "Azerbaijan Technologies” Firması (VÖEN - 1700339901) olub. 
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Yaxın günlərdə tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin şərtlərinə görə, şirkət MN-ni 130 ədəd müxtəlif markalı kompüter, 27 ədəd noutbuk, 48 ədəd sərt disk və digər avadanlıqlarla təchiz edəcək.  

Qeyd edək ki, “Azerbaijan Technologies” şirkəti 1998-ci ildə yaranıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Yarandığı ilk gündən Azərbaycanın İT bazarında fəaliyyət göstərən şirkətin ofisi Bakı şəhəri, Xocalı prospekti 37, Demirchi Tower, 3-cü mərtəbədə, mağazası isə Bakı şəhəri, 28 May küçəsi-15-də yerləşir.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin