"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti aprelin 3-də və 11-də elan etdiyi ümumi dəyəri 810 min 658 manat olaniki tenderin nəticələrini açıqlayıb.
Bizim.Media xəbər verir ki, aprelin 3-də müxtəlif növ tikinti materiallarının satın alınması üçün keçirilən tenderin maliyyə dəyəri 392 min 986 manat, qalibi “Steel Materials” MMC (VÖEN - 1505760221) olub.
MÖVZU İLƏ BAĞLI:
“Bakı Metropoliteni”ndən döşəmələrin təmiri üçün 280 minlik TENDER – FOTO
Aprelin 11-də elan olunan və maliyyə dəyəri 417 min 672 manat olan, tunellərdə istifadə olunan işıqlandırıcıların və onların ehtiyat hissələrinin satın alınması üçün keçirilən ikinci tenderin qalibi isə “Azspektr” MMC (VÖEN - 1503097321) olub.
“Steel Materials” MMC “Bakı Metropoliteni” QSC üçün çəkisi 7335 kq olan müxtəlif ölçülü mismar, 7110 kq yanmış məftil, 120 kq sinklənmiş məftil, 20 kq latun məftil, 10200 ədəd bimiş və boşluqlu kərpic, 2200 ədəd alçipan, 620 ədəd dərzband, 5630 ədəd müxtəlif ölçülü əqrəb, 7480 metr müxtəlif ölçülü profil, 400 kv-metr alüminium asma tavan və 133 adda digər tikinti materiallarının satınalınmasını təşkil edəcək.
“Azspektr” MMC isə QSC üçün 150 ədəd asma tipli LED çırağın, 5400 ədəd çəp işıq tipli LED çırağın, 200 ədəd 100 Vt-lıq və 100 ədəd 200 VT-lıq qida blokunun satınalınmasını həyata keçirəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Steel Materials” MMC 12 yanvar 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.
Hüququ ünvan kimi Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev-20, mənzil 14, qanuni təmsilçisi isə Hüseynov Məcid Nəsimi oğlu göstərilib. Şirkət təkcə cari il ərzində ümumilikdə 606 min 218 manatlıq tenderlərin qalibi olub.
İN yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınan “Azspektr” MMC əvvəllər də müxtəlif vaxtlarda "Bakı Metropoliteni" QSC-nin 7 tenderinin qalibi seçilib.
Belə ki, ilk dəfə 29 sentyabr 2021-ci ildə QSC-nin maliyyə dəyəri 381 min 276 manat olan tenderinin qalibi olub və aralarında bağlanan tender müqaviləsi əsasında III yeni (bənövşəyi) xəttinə məxsus Xocəsən deposunda inşa edilən B-DA-00 yarımstansiyasında quraşdırılmış elektrik avadanlıqları üçün kabel qutularının satın alınmasını həyata keçirib.
Şirkət 18 fevral 2022-ci ildə də "Bakı Metropoliteni" QSC-nin 235 min 994 manatlıq müsabiqəsinin qalibi olub və tender müqaviləsinə əsasən, “30 sentyabr 2021-ci il keçirilmiş müxtəlif növ işıqlandırıcıların satın alınması”nı təşkil edib.
Rövşən Ziya, Bizim.Media