Əli Əsədov İqtisadi Şuranı toplayıb, sosial-iqtisadi artım proqnozlarını MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Əli Əsədov İqtisadi Şuranı toplayıb, sosial-iqtisadi artım proqnozlarını MÜZAKİRƏ ETDİ 

137797

Bu gün İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə növbəti iclas keçirilib. 

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, iclasda bu ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər, icra olunmalı tədbirlər və digər cari məsələlər müzakirə olunub. 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib. 

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin