Bu il 467 milyon manatlıq sığorta haqqı toplanıb

Hazırda oxunan: Bu il 467 milyon manatlıq sığorta haqqı toplanıb

137751

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda sığortanın bütün növləri üzrə toplanan sığorta haqlarının ümumi dəyəri 467,530 milyon manat olub ki, bunun da 134,601.7 milyon manatı sığorta ödənişlərinə sərf olunub. 

Bizim.Media Mərkəzi Bankı aylıq hesabatına istinadən xəbər verir ki, toplanan və ödənilən vəsaitin böyük hissəsi həyat sığortasına aid olub. 

Belə ki, bu sahə üzrə 205,490 milyon manat sığorta haqqı toplanıb ki, bunun da 71,538 milyon manat sığorta ödənişləri üçün ayrılıb.

Cari dövrdə qeyri-həyat sığortası üçün 136,363 milyon manat sığorta haqqı toplanıb və sığorta ödənişlərinə 30,963 milyon manat xərclənib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin