Ötən ay Azərbaycanda nağdlaşdırılan vəsaitin HƏCMİ 

Hazırda oxunan: Ötən ay Azərbaycanda nağdlaşdırılan vəsaitin HƏCMİ 

137572

Cari ilin aprel ölkə daxili əməliyyatlar zamanı bankomatlar və Pos-terminallar vasitəsilə ümumilikdə 12.320 əməliyyat keçirilib və maliyyə dəyəri 2 milyard 903 milyon manat olan nağdlaşdırma aparılıb.  

Bizim.Media Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bankomat vasitəsilə 12.184 əməliyyat keçirilib və 2 milyard 767 milyon manat həcmində nağd pul çıxarılıb. 

Pos-terminallar vasitəsilə isə 30 min əməliyyat aparılıb və 136 milyon manat nağdlaşdırma baş verib. 

Qeyd edək ki, bu ilin mart ayında isə bankomatlar vasitəsi ilə 13 611 əməliyyat keçirilib və 3 milyard 141 milyon manatlıq nağdlaşdırma aparılıb. POS-terminallar vasitəsilə isə 31min əməliyyat aparılıb və 143 milyon manat vəsait nağdlaşdırılıb.  

Hesablamar zamanı aydın olur ki, bir ay ərzində bankomatlarla əməliyyatların sayında 1427 ədəd və ya 1,94 faiz, nağdlaşdırmada isə 374 milyon manat və ya 11,7 faiz, POS-terminallarla əməliyyatlarda isə 1000 ədəd, nağdlaşdırmada isə 7 milyon manat azalma baş verib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin