İcbari avtosığorta haqlarında kəskin ARTIM – HESABAT  

Hazırda oxunan: İcbari avtosığorta haqlarında kəskin ARTIM – HESABAT  

137341

Cari ilin yanvar-aprel aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqları 48.17 milyon manat olduğu halda, yığımların həcmi 30.63 mln. manat olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının qeyd olunan dövr üzrə açıqladığı icmal göstəricilərində əks olunub. 

Hesabalamalardan aydın olur ki, bu göstəricilər sığorta yığımlarının illik 61%, sığorta ödənişlərinin isə 6% artımı deməkdir. 

Qeyd edək ki, sığorta şirkətləri üçün ötən il ödənişlər ilə yığımlar arasındakə fərqin azalması zərərli və ya mənfəətli olmayan bazar halına gəlmişdi. Mərkəzi Bankın 2022-ci ilin son rübündə bazara müdaxiləsi və yeni qaydalarından sonra bazarda canlanma var. Məsələn, icbari avtosığorta üzrə ötən il sığorta haqları ilə ödənişlərdən yalnız 1.07 mln. manat fərq var idi. Cari ilin eyni dövründə bu rəqəm artıq 17.54 mln. manata yüksəlib. 
Mərkəzi Bankın yeni qaydasına görə hadisə zamanı zərər görmüş sürücüyə sığorta ödənişini qarşı tərəfin deyil, özünün seçəcəyi sığorta şirikət qarşılayacaq. Sığorta müqvilələri imzalanarkən sürücünün təcrübəsi və onun tarixçəsindəki sığorta hadisələrindən aslı olaraq əmsallar tətbiq edilir. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin