Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 630 778,48 min ABŞ dolları və ya 32,2 faiz artaraq 2 585 762,35 min dollar təşkil edib.
Bizim.Media xəbər verir ki, cari ilin ilk dörd ayında Azərbaycandan Türkiyəyə 1 827 571,89 min dollar dəyərində məhsul ixrac edilib.
Bu da 2022-ci ilin eyni göstəricisindən 560 021,65 min dollar və ya 44,2 faiz çoxdur.
Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 10,3 faiz və ya 70 756,83 min dollar artaraq 758 190,46 min dollar təşkil edib.
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 14,46 faiz təşkil edib. Bu da bir il əvvəlki eyni göstəricidən 2,14 faiz bəndi çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:15 / 22.05.2023
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 32 faizdən çox artıb
Hazırda oxunan: Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 32 faizdən çox artıb
Hazırda oxunan: Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 32 faizdən çox artıb
137318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.