Litva Prezidenti: “Biz Azərbaycanı böyüyən iqtisadi güc kimi görürük”

Hazırda oxunan: Litva Prezidenti: “Biz Azərbaycanı böyüyən iqtisadi güc kimi görürük”

137312

“Azərbaycan Litvanın vacib tərəfdaşıdır. Biz bu əməkdaşlıqda hər iki tərəf üçün faydalı olan imkanların araşdırılmasında maraqlıyıq”.

Bizim.Media xəbər verir ki, bunu Litva-Azərbaycan Biznes Forumunun açılışında Litva Respublikasının Prezidenti Gitanas Nauseda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub


“Biz Azərbaycanı böyüyən iqtisadi güc kimi görürük, bu ölkənin böyük enerji potensialı var və o diversifkasiyada ambisiyalıdır. Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələri, məsələn, informasiya texnologiyaları, logistika, emal, bərpaolunan enerji sahələrində imkanlar var və bu, litvalı iş adamlarını cəlb edir", - Gitanas Nauseda qeyd edib.

Litva Prezidenti vurğulayıb ki, ölkəsinin rəqəmsal infrastrukturu sürətli və əlçatandır: 

“Bu, Avropada ən yaxşılardan hesab olunur. 2020-ci ildə COVID-19-a görə qlobal böhran zamanı Litva ÜDM-də mənfi inkişafın qarşısını alıb, bu, ölkənin uğurlu iqtisadi siyasətinin nümunəsidir".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin