Dünya Bankından neftin qiyməti ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Dünya Bankından neftin qiyməti ilə bağlı AÇIQLAMA

137231

Dünya Bankı (DB) 2023-cü ilin birinci rübü üzrə neftin orta satış qiymətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatında bildirilib. 

DB "Brent" markalı neftin orta qiymətinin 2023-cü ilin birinci rübündə 81,4 ABŞ dolları olduğunu açıqlayıb. Fevral ayında orta qiymət 82,7 dollar, mart ayında 78,5 dollar, aprel ayında isə 84,1 dollar təşkil edib. Bu isə o deməkdir ki, mart ayı ilə müqayisədə aprel ayında neftin orta satış qiyməti 7,1% artıb.
WTI markalı neft isə 2023-cü ilin birinci rübündə 76,1 dollara ticarət edilib. Dünya Bankının hesablamasına görə, fevral, mart və aprel aylarında WTI neftinin orta qiyməti müvafiq olaraq 76,8 dollar, 73,4 dollar və 79,4 dollar təşkil edib.

Qeyd edək ki, Dünya Bankı 2023-cü ildə "Brent" neftinin qiymətinin 84 dollar, 2024-cü ildə isə 86 dollar təşkil edəcəyini proqnozlaşdırıb.

Bankın əmtəə qiymətləri proqnozuna görə, bu il enerji qiymətləri 26%, neftin qiyməti isə 16% azalacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin