Qazın limiti artırıla bilərmi? - Tarif Şurası susur

Hazırda oxunan: Qazın limiti artırıla bilərmi? - Tarif Şurası susur

13723

Qaza qoyulan limit rayon yerlərində, xüsusən ucqar kəndlərdə əhaliyə çatmır. Maddi vəziyyəti elə də yüksək olmayan bir çox ailələr güzəştli qiymətlə bağlı tətbiq olunan limiti tükədib, az pul xərcləmək məqsədilə meyvə ağaclarını kəsmək məcbuiyyətində qalırlar.

Xüsusən bölgələrdə mərkəzləşdirilmiş istilik sistemi olmadığından əhali təbii qazdan imtina edərək odun yandırır. Saytımıza bu barədə müraciət edən istifadəçilər təyin olunmuş 2200 kub təbii qaz limitinin çox az olduğunu bildirirlər.

 

MÖVZU İLƏ BAĞLI:

“Tarif Şurası ləğv edilsin, qiymətləri biz müəyyənləşdirək'' - Deputatdan çağırış


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında “Azəriqaz” istehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov limit məsələsi ilə bağlı qurumun cavabdeh olmadığını deyib:

“Biz ayrıca Tarif Şurasına müraciət və ya təklif vermək səlahiyyətində deyilik”.

Qurum rəsmisinin sözlərinə görə limitin artırılması və ya ləğv edilməsi ilə bağlı onlara da sosial şəbəkələr üzərindən çoxsaylı müraciətlər daxil olur:

“Amma səlahiyyət sahibi olmadığımızdan, hər hansı qərar verə və ya müraciətləri cavablandıra bilmirik”.

Tarif Şurası tərəfindən tənzimlənməli olan məsələyə cavabdeh qurum susqunluqla yanışıb. Günlərdir Bizim.Media-nın məlum sorğusundan yayınan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev sualımızı eşidər-eşitməz zənglərimizə də cavab vermir. 

Qeyd edək ki, 2019-cu ildən etibarən  güzəştli istifadədə illik limit 2200 kub metrdən hesablanır. Əhali 2200 kub metrə qədər istifadə etdiyi qazın hər kub metrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəyir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin