Azərbaycanda 18 minə yaxın yeni iş yeri AÇILIB 

Hazırda oxunan: Azərbaycanda 18 minə yaxın yeni iş yeri AÇILIB 

136710

2023-cü ilin birinci rübü ərzində Azərbaycanda 17,9 min yeni iş yeri açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Bu dövrdə yaradılmış iş yerlərinin 90,2 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 81,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 17,3 faizi digər regionların, o cümlədən 4,5 faizi Abşeron-Xızı, 2,5 faizi Quba-Xaçmaz, 2,0 faizi Mərkəzi Aran, 1,7 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Qazax-Tovuz, 0,8 faizi Qarabağ, 0,8 faizi Lənkəran-Astara, 0,7 faizi Mil-Muğan, 0,4 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb. 

Yeni açılmış iş yerlərinin 9,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,0 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin