Azərbaycanın xarici ticarət dövriyyəsi 13%-ə yaxın artıb

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi 13%-ə yaxın artıb

136572

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 17 milyard 882.67 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 12.7% çoxdur.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 6.4% artaraq 12 milyard 584,81 milyon ABŞ dollar təşkil edib. İdxal isə 31.1% artaraq 5 milyard 297.86 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 7 milyard 286,95 milyon dollarlıq müsbət saldo yaransa da, bu da ötən ilin eyni dövrünə nisbətən 6.4% az olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin