Saatlıda istehsal olunan pambıq mahlıcının HƏCMİ 

Hazırda oxunan: Saatlıda istehsal olunan pambıq mahlıcının HƏCMİ 

136496

Saatlıda 2023-сü ilin yanvar-mart ayları ərzində 10 sənaye müəssisəsi və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 25 milyon 801,2 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilib.

Bu barədə Bizim.Media-nın Aran bürosuna rayonun Statistika İdarəsindən bildirilib.

İstehsalın 95,3 faizi sənaye məhsulları, 4,7 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olub.

İstehsal olunan sənaye məhsulu və xidmətlərin 95,3 faizi emal sənayesi, 3,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşüb.

Ümumi istehsalda qeyri-dövlət sektoru 72,3 faiz, dövlət sektoru isə 27,7 faiz təşkil edib.

Mal və xidmətlərin 22 milyon 515,1 min manat və ya 87,3 faizi hüquqi şəxslər, 3 milyon 286,1 min manat və ya 12,7 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunub.

Sənaye istehsalçıları tərəfindən yanvar- mart ayları ərzində 6777,9 ton pambıq mahlıc, 8353,3 ton pambıq çiyidi, 393,1 ton pambıq lint-tiftik, 30,0 ton pambıq ulyuk, 205,8 ton biyan turşusu, 50,9 ton biyan kipi istehsal olub.

Aqil Əsədov,Bizim.Media,Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin