Xarici valyutalarla əmanətlərdə KƏSKİN AZALMA – Əhali dollardan niyə qaçır?

Hazırda oxunan: Xarici valyutalarla əmanətlərdə KƏSKİN AZALMA – Əhali dollardan niyə qaçır?

136484

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin I rübündə xarici valyutada əmanət və depozitlərin həcmi 14.1%, cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə 3.3% bəndi azalaraq 41.6% təşkil edib.

Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı dövrün sonuna 50% təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2.7% bənd aşağıdır.

Fiziki şəxslərin əmanətlərində dollarlaşma ilin əvvəlindən 1% bəndi azalaraq 38.2% təşkil edib. Dövr ərzində qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması isə 1.1% bəndi azalaraq dövrün sonuna 34.5%-ə enib. 

Görünən odur ki, ölkədə xarici valyutada olan əmanətlər kəskin azalıb. 

Görəsən, əhali dollardan niyə qaçır?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov əhalinin dollara maraq göstərməməsini onların artıq 8 ilə yaxındır manatın dayanıqlığına öyrəşmələrilə əlaqələndirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə ilk üç ayda 1101,9 nəfərə 432 manata yaxın məbləğ ÖDƏNİB


“2015-ci ildən bəri dollarla əmanətlər kəskin şəkildə azalır. Banklara zərbə əsasən dollarla dəydi. Çünki dolların ucuzlaşması ona gətirib çıxardı ki, banklar depozit müqavilələri üzrə öhdəliklərini verə bilmədilər. Eyni zamanda, depozitlə kredit götürən vətəndaşlar kreditləri qaytara bilmədilər. Bu fonda depozitlə pullarını yerləşdirənlər də vəsaitlərini götürə bilmədi. Bu günə qədər də həmin problemlərin əks-sədası qalır. İri həcmli rəqəmlər bu günə qədər həll olunmayıb. 

Yaranmış vəziyyətdə banklar dollarla olan depozitlərin faizini kəskin şəkildə azaltdı. 
Dollarla olan depozitlərə illik maksimum cəmi 1,5-2 faiz, manatla isə 8-10 faiz verirlər.


Ona görə də vətəndaşlar artıq 8 ilə yaxındır ki, manatın dayanıqlılığına öyrəşiblər. Həmçinin, devalvasiyadan sonra vətəndaşlar bus ahənin peşəkarı olub. Hər kəs manata təhlükə variantının nə zaman ola biləcəyini bilir. Bu baxımdan da əhali dollardan qaçır. Banklarda yatırılan kapital ancaq manatladır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin