Bakıda ticarət dövriyyəsinin həcmi 4 faiz ARTIB 

Hazırda oxunan: Bakıda ticarət dövriyyəsinin həcmi 4 faiz ARTIB 

136449

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 7 milyard 523,2 milyon manat olub.  

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. 
Hesablamalardan aydın olur ki, göstəricilərdə ötən ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz artım baş verib. 

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 4 mlyard 656,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 faiz azalaraq 2 milyard 866,8  milyon manata bərabər olub.  
İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin