Mərkəzi Bankdan 1,2 milyonluq TENDER – Qalib bu şirkət oldu – FOTO   

Hazırda oxunan: Mərkəzi Bankdan 1,2 milyonluq TENDER – Qalib bu şirkət oldu – FOTO   

136120

Azərbaycan Mərkəzi Bankı bu ilin martın 17-də qurumda istifadə olunan informasiya təhlükəsizliyi sistemlərinin lisenziyalarının 1 il müddətinə uzadılması və dəstəklənməsi xidmətinin satın alınması üçün elan etdiyi tenderin nəticələrini və qalibini bu gün açıqlayıb.  

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 1 milyon 247 min 707 manat olan tenderin qalibi "B and B Security Alliance Limited" MMC (VÖEN: 2006006361) olub.  
 

MÖVZU İLƏ BAĞLI:

6.00 manat kapital, milyonluq tenderlər - Müəmmalı qalib “SİMMETRİYA” MMC


Tenderin şərtlərinə görə, şirkət bu vəsait müqabilində Mərkəzi Bankı AMB-ni “Lisenziyanı idarəetmə proqram paketi” ilə təmin edəcək.

Paketə informasiya təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayan “PaloAlto 850 11901031938” adlı proqramlar sistemi daxildir.  

Qeyd edək ki, nizamnamə kapitalı 100 min manat olan şirkət 13 yanvar 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.  Şirkətin hüquqi ünvanı Xətai rayonu, Nobel pr. ev.25, qanuni təmsilçi Əsgərzadə Murad Arif oğludur.  

Şirkət yarandığı ilk gündən ayrı-ayrı dövlət orqanları tərəfindən təşkil edilən çoxmilyonlu tenderlərin qalibi olub və İKT sahəsində mühüm layihələr icra edib. Təkcə 2022-ci ilin oktyabrın 14-də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi ilə “B and B Security Alliance Limited” MMC arasında 2 milyon 406 min 206  manatlıq tender müqaviləsi bağlayıb.

Şirkət bunun müqabilində DXA üçün “İnformasiya təhlükəsizliyinin təmin edilməsi və İT infrastrukturunun dəstəklənməsi üzrə iş və xidmətlər”in satın alınması”nı təşkil edib.  

2020-ci ildə koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin arasında adıçəkilən şirkət də yer alıb.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin