6.00 manat kapital, milyonluq tenderlər - Müəmmalı qalib “SİMMETRİYA” MMC

Hazırda oxunan: 6.00 manat kapital, milyonluq tenderlər - Müəmmalı qalib “SİMMETRİYA” MMC

136109

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi elan etdiyi tenderi başa vurub. Tender mərkəzi aparatda və yerli bölmələrdə aparılacaq cari təmir işləri ilə bağlı verilib. Qalib isə “SİMMETRİYA” MMC olub.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, dövlət qurumu müqavilə bağlanan şirkətlə davamlı olaraq satınalma proseduru həyata keçirir və bu dəfə də 97.526,33 manat pul ödəyəcək.

Qeyd edək ki, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİMMETRİYA” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 18.11.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.
Reyestr məlumatlarında nizamnamə kapitalı 6.00 manat olan MMC-nin hüquqi ünvanı ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisinin isə Ağayev Ağa Xəqani oğlu olduğu qeyd edilib.

Adətən müəmmalı qalibiyyəti ilə seçilən və nizamnamə kapitalı 6.00 manat olan şirkət bir neçə il əvvəl də 2 milyon yarımlıq tenderi qazanmışdı. Məlumat üçün bildirək ki, şirkətin müəyyən məbləğdə vergi borcunun olduğu da yayılan məlumatlar sırasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin