Ölkədə sosial ödəmələr üzrə daxilolmalar ARTIB 

Hazırda oxunan: Ölkədə sosial ödəmələr üzrə daxilolmalar ARTIB 

136048

2023-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 176,1 milyon manat artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. 

Bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1 milyard 37,7 milyon manat təşkil edib. 

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 56,7 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 41,8 milyon manat təşkil edib. 
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 291,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,1 faiz artıb və 204,3 milyon manat təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin