Ədliyyə Nazirliyi əməkdaşları və məhkumlar üçün 5,5 milyon manat ayırdı – TENDER/FOTO  

Hazırda oxunan: Ədliyyə Nazirliyi əməkdaşları və məhkumlar üçün 5,5 milyon manat ayırdı – TENDER/FOTO  

135689

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsi əməkdaşları və məhbuslar üçün paltar, paqon, şevron, kəmər və digər əşyalarının satın alıması məqsədilə martın 30-da tender elan edib. 

Bizim.Media xəbər verir ki, “Yumşaq inventarların satınalınması” adı altında  elan olunan tenderin qalibi “Gəyən düzü” Məhdud Məsuliyyətli Cəmiyyət olub.  

Tenderin şərtlərinə görə, şirkət Penitensiar Xidməti ümumi dəyəri 5 milyon 469 min 654 manat müqabilində zabit və nəzarətçilər üçün 12 min ədəd uzun və qısaqol köynək, 1500 ədəd qış kostyumu, 40.000 ədəd gödək tuman, 1000 ədəd paqon, 1000 ədəd şevron, 1000 ədəd hərbi təyinatlı kəmər, məhkumlar üçün 20.000 ədəd içi yun, parçası 90% pambıq lifindən hazırlanmış tünd rəngli balış, 15 min ədəd məhkumlar üçün ayaqqabı, 100.000 ədəd corab və digər 30 adda geyim və digər əşyalarla təmin edəcək.  
Qeyd edək ki, “Gəyən düzü” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkət haqqında internet resurslarında heç bir məlumat yoxdur. 








Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin