Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev cənablarına xa0 xa0
Cənab Prezident!
Sizin son zamanlar pambıqçılığın inkişafı ilə bağlı çıxışlarınızı, verdiyiniz tapşırıqları təqdir edir və hesab edirəm ki, bu məsələ olduqca vacibdir. Ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi ölkəyə valyuta idxalı ilə bərabər həm də minlərlə iş yerinin açılmasına səbəb olacaq. Eyni zamanda əkin sahələrində növbəli əkin prinsipinə şərait yaradacaq. Kənd təsərrüfatı ilə məşğul olan peşəkarlar da bilirlər ki, sahələrin növbə ilə pambıq və taxıl əkilməsi ən vacib məsələrdən biridir.xa0
Cənab Prezident!
Bu il Azərbaycanda 50 min hektar sahədə pambıq əkini planlaşdırılıb və növbəti il üçün bu rəqəmin 150 min hektara çatdırılması nəzərdə tutulub. Nəzərə alsaq ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək, ona görə də Siz müraciət edərək bir daha minnətdarlığımnı ifadə edir, eyni zamanda bir sıra təkliflərimi çatdırmaq istəyirəm. xa0 xa0 xa0
1.Torpaq sahələrinin pasportlaşdırılması. Torpaq sahələrindən götürülmüş nümunələr aqrotexniki baxışa təqdim olunmalıdır. Fermerlərin maarifləndirilməsi üçün əkiləcək bitkilərin vegetasiya müddətində torpaqdan nə qədər və ya hansı miqdarada minerallar tələb olunması qeyd olunmalıdır. Yəni fermerlər əkindən qabaq bilməlidirlər ki, torpağa hansı tərkibli mineral gübrələr verilməsi zəruridir. Məsələn, tutaq ki, torpağın tərkibində kalium çatışmazlığından pambıq bitkisi bar orqanlarını saxlaya bilmir və elə bu səbəbdən keyfiyyətin aşağı düşməsi nəticəsində pambığın emalından alınan liflərin uzunluğuda və qırılma qabiliyətində problemlər yaranır. xa0 xa0xa0
2. Ölkədə toxum fondunun yaradılması. Bunun üçün müəyyən olunmuş ərazidə toxumluq pambıq əkilməli, istehsal və çiyid emalı ilə məşğul olan ayrıca şirkət yaradılmalıdır. Hal-hazırda bizim əkdiyimiz toxumun 1 kiloqramının qiyməti 3.3 dollardır. Belə çıxır ki, gələn il ölkə üzrə 150 min hektar pambıq əkmək üçün çiyid almağa ən azından 15 milyon manat vəsait lazımdır. Nəzərə alsaq ki, başqa ölkələrdə yetişdirirlmiş toxumlar bizim olkədə təbii şəraitə uyğun gəlmədiyi üçün əlavə problemlər yaradır, o zaman təklifimin aktuallığı heç kimdə şübhə doğurmamalıdır. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
3. Pambığın əkilib - becərilməsində qabaqcıl texnologiyanın tətbiqi. Müasir əkin aqreqatları, ratasion mala və ratasion kultuvasiyaların əkində və becərmə işlərində tətbiq edilməsi olduqca vacibdir. Nəzərə alsaq ki, pambığın becərilməsində və dərilməsində əl əməyindən çox istifadə olunması pambığın maya dəyərinin yüksəlməsinə səbəb olur, o zaman bu məqama da diqqət ayrılması zərurəti ortaya çıxır. Eyni zamanda qeyd edim ki, bu gün Azərbaycan kəndlisi yüz minlərlə hektar pambıq əkinin becərilməsinə və dərilməsinə hazır deyil. Beləliklə Azərbaycanda müasir texnika parkı yaradılmalıdır. xa0 xa0xa0
4. Azərbaycanda azot gübrəsinin istehsalı. Fermerlərin ən çox istifadə etdiyi gübrə azot gübrəsidir. Azot gübrəsinin 50 kiloqramlıq kisəsi fermerlərə "Aqrolizinq" xətti ilə 8 manata verilir. "Aqrolizinq" bir kisə gübrəni xaricdən 30 manata yaxın qiymətə alır. Nəzərə alsaq ki, bir hektar pambıq üçün beş kisə azot gübrəsi istifadə olunduqda bu 150 manata yaxın vəsaitə başa gəlir. Yüz minlərlə hektar pambıq əkdikdə bu vəsait çox böyük rəqəmlərlə ifadə olunacaq və bəri başdan böyük həcmdə valyuta ixracına səbəb olacaq. Ona gorə də hesab edirəm ki, Azərbaycanda azot gübrəsinin istehsalı üçün təcili tədbirlər görülməlidir. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
5. Pambığın becərilməsində əl əməyinin yüngülləşdirilməsi məqsədilə çoxillik və birillik alaq otlarına qarşı mübarizə aparmaq üçün kimyəvi preparatlarının lizinq xətti ilə fermerləri təmin etmək ən vacib məsələrdən biridir. Bu eyni zamanda məhsuldarlığın artırılması üçün əsas şərtlərdən biridir. xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
6. Becərmə zamanı pambıq sofkasına qarşı mübarizə aparmaq üçün feremonların ölkədə istehsalı təşkil edilməlidir. Həmin feremonlar pambıq sahələrində asılır və pambıq sofkasının yaranmaması ücün kəpənəklərin mayalanmasının qarşısını alır. xa0 xa0 xa0 xa0 xa0
7. Son zamanlar Kənd Təsərüfatı Nazirliyi təklif edib ki, pambıqçılığa da subsidiya hər hektar üçün 90 manat verilsin. Hesab edirəm ki, pambığa subsidiya hektara görə yox, fermerin istehsal etdiyi məhsulun miqdarına görə ödənilməsi daha münasib olar. Belə ki, təklif edərdim daha çox zəhmət çəkməklə daha yüksək sentner əldə edən fermer daha yüksək səviyyədə mükafatlandırılsın. xa0 xa0 xa0 xa0
8. Pambığçılığın inkişafında ən böyük problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə bir neçə ilə əhəmiyyətli dönüş yarada bilər. Bu gün ölkəmizdə sahələrin pambıq əkini üçün hazırlanmasinda və pambığın normal əkilib becərilməsində çox ciddi mütəxəssis çatışmazlığı hiss olunur Bu məqsədlə televiziya kanallarından istifadə etməklə fermerlərin maarifləndirilməsi vacib şərtərdən biridir. Sovetlər dönəmində kənd rayonlarından xüsusi göndərişlə, yəni imtiyazla Kənd Təsərrüfatı İnstitutuna gəncləri göndərirdilər. Qəbul vaxtı onlara müəyyən güzəştlər olunurdu. O vaxtlar kolxozlar həmin tələbənin təhsil xərclərini ödəyirdi.
xa0xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
9. Pambığın suvarılmasında operativliyə nail olmaq. Kənd Təsərrüfatı Nazirliyi iri buynuzlu mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün milyonlarla vəsait xərcləyərək xaricdən bizim təbii şəraitə uyğun olmayan mal-qara gətirir. Əslinə qalanda Azərbaycanda xa0süni mayalanma xeyli uğurlu aparıldığına görə mal-qaranın cins tərkibində nəzərə çarpacaq dərəcədə irələyişə nail olunub. Şəxsən mənim perspektivinə inanmadığım bu sahəyə ayrılan maliyyə vəsaitini əkin sahələrinin suvarılmasına yönəltmək daha məqsədə uyğundur. xa0 xa0 xa0
10.Ölkəmizdə tədricən trikotaj sənayesini yaratmaq. Belə ki, pambığı xammal şəklində ucuz qiymətə xaricə satmaqdansa sap-parça istehsalına keçmək və bununla da daha böyük qazanc əldə etmək mümkündür. xa0 xa0 xa0 xa0 xa0 xa0
Hörmətlə Sabirabad rayon Zəngənə kənd sakini sahibkar Əfras Əsgərov xa0 xa0tel.050-311-28-69
































































































