"SOCAR könüllüləri zəlzələ bölgəsində zərərçəkənlərə əlindən gələn köməyi edib".
Bizim.Media xəbər verir ki, bunu İzmirdə keçirilən mətbuat konfransında "SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bildirib.
O qeyd edib ki, şirkətin xüsusi təyinatlı işçiləri ilk gündən zəlzələ bölgəsinə yollanıb:
"Zəlzələ bölgəsində yanacaqla bağlı infrastruktur tamamilə çökmüşdü. Yanacaq xərci ilə bağlı bütün ehtiyac "SOCAR Türkiyə" tərəfindən qarşılandı. Zəlzələ bölgəsinə 100 milyon lirə maddi yardım həyata keçirildi. Bundan başqa, bir neçə ailə Əliağa bölgəsində yerləşdirilib. Onlara lazımi dəstək göstərilib".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:46 / 12.05.2023
Zəlzələ bölgəsinin yanacaq xərclərini "SOCAR Türkiyə" qarşıladı
Hazırda oxunan: Zəlzələ bölgəsinin yanacaq xərclərini "SOCAR Türkiyə" qarşıladı
Hazırda oxunan: Zəlzələ bölgəsinin yanacaq xərclərini "SOCAR Türkiyə" qarşıladı
135640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.