Azərbaycanda neft hasilatı AZALDI – RƏSMİ  

Hazırda oxunan: Azərbaycanda neft hasilatı AZALDI – RƏSMİ  

135447

2023-cü ilin yanvar-aprel aylarında neft-qaz sektorunda məhsul istehsalı 3,3 faiz azalıb. 

Bizim.Media Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, qeyri neft-qaz sektorunda məhsul istehsalı 6,1 faiz artıb. 

Qeyd edək ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal edilib. 

Mədənçıxarma sektorunda da əmtəəlik neft hasilatı 8,0 faiz azalıb, amma əmtəəlik qaz hasilatı  1,9 faiz artıb. 

Sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin