Müdafiə Nazirliyindən 150 minlik TENDER – Hərbi hissələrə müasir qaz sayğacları quraşdırılacaq

Hazırda oxunan: Müdafiə Nazirliyindən 150 minlik TENDER – Hərbi hissələrə müasir qaz sayğacları quraşdırılacaq

135393

Azərbaycan Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun hərbi hissələri üçün qaz sayğaclarının, qoruyucu klapanların, qaz dedektorların və onların quraşdırılması işlərinin satın alınması” ilə bağlı cari ilin aprel ayının 4-də elan etdiyi tenderi bu gün başa vurub.  

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 149 min 605 manat olan tenderin qalibi “Enerji-N” MMC-dir.  

Tərəflər arasında bağlanacaq müqavilənin şərtlərinə əsasən, adıçəkilən şirkət hərbi hissələrdə Azərbaycanda qəbul edilmiş standartlara, tələblərə və meyarlara uyğun gələn, habelə ölkə ərazisində istifadəsinə rəsmi icazəsi olan ümumilikdə 18 ədəd müasir təbii qaz sayğaclarının quraşdırılmasını həyata keçirəcək.  
Qeyd edək ki, “Enerji-N” MMC 2011-ci ildə qurulub və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.  

Şirkət qaz və su məhsullarının (sayğaclar, tənzimləyicilər,alarm çihazları,flanslar,detektorlar və s) satışını və servisini həyata keçirir və Azərbaycanda “Elster”, “Siqnal”, “FMG”, “Baypa”,”Tork”, “Madas”, “Aterma” şirkətlərinin rəsmi nüməyəndəsidir. 

Dövlət Vergi Xidmətinin rəsmi taxes.gov.az saytında şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 181 A kimi göstərilsə də, hazırda Baki şəhəri, Nizami rayonu, Oqtay Vəliyev 72 ünvanında fəaliyyət göstərir.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin