Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 % artaraq 7 milyard 672,2 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov Tviterdə yazıb.
Onun sözlərinə görə, 4 aylıq vergi daxilolmalarının 4 milyard 3,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,7 % çoxdur.
"Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, #biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var", - deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:16 / 11.05.2023
Bu il Vergi Xidmətindən büdcəyə daxil olan VƏSAİT
Hazırda oxunan: Bu il Vergi Xidmətindən büdcəyə daxil olan VƏSAİT
Hazırda oxunan: Bu il Vergi Xidmətindən büdcəyə daxil olan VƏSAİT
135389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.