Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda fəaliyyətini davam etdirəcək.
Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verib.
Bildirilir ki, ticarət evinin Dubayın mərkəzində “Marina Walk” turizm və ticarət məkanında fəaliyyət göstərməsi Azərbaycan məhsullarının daha geniş auditoriyaya tanıdılmasına və satış imkanlarının daha da artmasına imkan verəcək.
300 kvadrat metrə yaxın sahəni əhatə edən ticarət evində Azərbaycan istehsalı olan meyvə, tərəvəz, ət, süd, quru qidalar və s. məhsullar satılır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Ticarət Evinin fəaliyyəti və burada satılan məhsullarla tanış olub.
Bizim.Media