Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”x9da müvəqqəti inzibatçı təyin edib.
Bu barədə barədə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, son vaxtlar bankin likvidlik və kapital mövqeyi zəifləyib, buna görə də vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama aparılıb. Yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəetmə qurumları vəziyyətdən çıxmaq üçün yetərli imkanlara malik deyil.
Görəsən, bundan sonra daha hansı bankları “Bank Standard”x9d ın aqibəti gözləyə bilər?
Moderator.az-a açıqlama verən Mərkəzi Bankın qanunvericilik şöbəsinin eks-rəisi, vəkil Əkrəm Həsənov bildirib ki, daha 19 bankı belə aqibət gözləyir:
"Bank VTB, Nikoyl Bank, Unibank, Bank Respublika, ParaBank, YapiKrediBank, Zaminbank, AGBank, Amrahbank, AtaBank, Bank Standard, Günaybank, XalqBank, KredoBank, Naxçıvanbank, Bank of Baku DekaBank, Dəmirbank və Bank BTB-dir.
Qeyd olunan bankların hamısı maliyyə göstəricilərini gizlədir. Onların hamısı Standard kimi iri deyillər ki, sağlamlaşdırsınlar. Bu bankların çoxunu sadəcə bağlayacaqlar, vəssalam.”x9d































































































