Azərbaycanda qeyri-neft ixracı 21 % ARTDI

Hazırda oxunan: Azərbaycanda qeyri-neft ixracı 21 % ARTDI

134596

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracının dəyəri 12,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,2 milyard ABŞ dolları təşkil edib. 

Bu barədə Bizim.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 21,2 % artıb. O cümlədən, spirtli və spirtsiz içkilərin ixracında 6 dəfə artım olub. 

Hesabat dövründə aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri 9,1 % artaraq 248,2 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 1 il əvvələ nisbətən 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci ilə nisbətən 12,3 % artaraq 3 047,67 milyon ABŞ dolları olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin