Azərbaycan KOB-ları Moskva ilə əlaqələrin genişləndirilməsi imkanlarını MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: Azərbaycan KOB-ları Moskva ilə əlaqələrin genişləndirilməsi imkanlarını MÜZAKİRƏ EDİB 

134212

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Moskva hökumətinin nümayəndələri ilə görüşdə işgüzar dairələr arasında əməkdaşlıq, KOB-lar arasında əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib. 

Bizim.Media bu barədə KOBİA-ya istinadən xəbər verir. 

Məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan Moskva hökumətinin naziri, Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Sergey Çeremin və Moskva İxrac Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Vitaliy Stepanov ilə görüşüb. 
Görüşdə hər iki ölkənin işgüzar dairələri və müvafiq qurumları ilə əməkdaşlıq, KOB-lar arasında əlaqələrin genişləndirilməsi imkanları, onların iştirakı ilə birgə tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin