Fed qərarını açıqladı

Hazırda oxunan: Fed qərarını açıqladı

134121
ABŞ Mərkəzi Bankının (Fed) 2 gün davam etmiş toplantısı başa çatıb.  Bankın Açıq Bazar Komitəsinin (FOMC) qərarı açıqlanıb.

Moderator.az xəbər verir ki, Fed gözlənildiyi kimi faizləri artırmadı. Faizlər 0,25-0,50% intervalında saxlanılıb.

Fedin növbəti toplantısı 14-15 İyunda baş tutacaq. Faiz artırımı üçün bu iclas yaxından təqib ediləcəkdir. Fed bu il keçirdiyi bütün toplantılarda "pas" keçib.

Fed, ötən İlin Dekabr ayındakı toplantıda 2006-dan bu yana ilk faiz artırımını edərək, faizi 0-0.25% aralığından 0.25% - 0.50 aralığına yüksəltmişdi.

Reuters tərəfindən keçirilən sorğuya əsasən, bu il üçün 2 dəfə faiz artırımı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin