"Daxili əlaqələndirmə kifayət deyil. Biz artıq Qazaxıstan, Gürcüstan və Türkiyədə olan həmkarlar ilə əlaqələndirməni başladıq. Bu ölkələr arasında malların daşınmasını daha da inkişaf etdirdik".
Bizim.Media xəbər verir ki, bunu "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" beynəlxalq konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
"Sözsüz ki, bu daşınmanın sürətlənməsinə də xidmət etdi, proqnozlaşdırıla bilən ssenarilər yaratdı ki, konkret vaxtda, konkret təyinat nöqtəsinə göndərilən mallar gedib çatsın. Biz yalnız əldə etdiyimiz nailiyyətlərlə öyünməməliyik.
Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra vəziyyətin nədən ibarət olmasını təxmin etməliyik. Rəqəmlər bizim üçün kifayət qədər ümidvericidir. Növbəti 5 il ərzində qısamüddətli ölkəmizdən daşınmaya olan tələbat 23 mln. dollara bərabərdir.
Lakin bu yuxarı hədd deyil. Biz infrastruktura investisiyaları davam etdirsək, ölkəmiz üzərindən olan daşınmanın həcmini 45 mln. dollara qaldıra bilərik", - deyə Rəşad Nəbiyev əlavə edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:43 / 02.05.2023
Azərbaycan üzərindən daşımaların həcmi 45 milyon dollara qaldırılacaq - RƏSMİ
Hazırda oxunan: Azərbaycan üzərindən daşımaların həcmi 45 milyon dollara qaldırılacaq - RƏSMİ
Hazırda oxunan: Azərbaycan üzərindən daşımaların həcmi 45 milyon dollara qaldırılacaq - RƏSMİ
133865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.