"Həmrəylik halqası" (STRING) ildə 5-9,5 milyard kubmetr arası qaz nəql edə bilər.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı aprelin 25-də bu təşəbbüsə dair Anlaşma Memorandumunu imzalayan tərəflərdən biri olan Macarıstanın "FGSZ" şirkəti yayıb.
"Anlaşma Memorandumu "Bulgartrasngas", "Transgas", "FGSZ" və "Eustream" şirkətlərinin ötürmə sisteminin operatorlar şəbəkəsi ilə təbii qazın nəqli üzrə əlavə imkanların verilməsinə yönələn birgə təşəbbüsü olan "Həmrəylik halqası" nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir.
Qısa müddət ərzində və mövcud infastrukturun ötürücülük qabiliyyətini tədricən artırmaqla Azərbaycandan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya ərazisi ilə Şərqi, Mərkəzi və Qərbi Avropaya ildə 5-9,5 milyard kubmetr arası qaz nəql etmək mümkündür", - deyə şirkətdən bildiriblər.
Slovakiyanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Anlaşma Memorandumu özündə heç bir müqavilə müddəası ehtiva etmir və bu səbəbdən müqavilə deyil.
"Anlaşma Memorandumunun məqsədi ötürmə sisteminin operatorları tərəfindən təşviq olunan "STRING"in imkanlarından istifadə etməklə Avropa İttifaqından əlavə həcmdə qazın diversifikasiyalaşdırılmış tədarükünü təmin etmək məqsədilə Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanın qaz nəqli sisteminin operatorları arasında əməkdaşlığın inkişafı və təşviqindən ibarətdir", - deyə nazirlikdən bildiriblər.
Xatırladaq ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:25 / 01.05.2023
Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox QAZ NƏQLİ
Hazırda oxunan: Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox QAZ NƏQLİ
Hazırda oxunan: Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox QAZ NƏQLİ
133684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.