Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 69 % artıb

Hazırda oxunan: Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 69 % artıb

133530

Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatlarının istehsalının ümumi dəyəri 466,4 milyon manat təşkil edib. 

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 68,8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 % artıb, kimya sənayesi məhsullarının istehsalı isə 11,2 % azalıb. 
Eyni zamanda, kimya sənayesi məhsullarından karbamid istehsalı 34,3 %, metanol (metil spirti) istehsalı 48,8 % azalıb, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 72 % , sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı isə 49,5 %, plastmas, çubuqlar, millər və profillərin istehsalı isə 38 % artıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin