Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Artıq aprel ayının son iş gününü də geridə qoyduq. Qlobal bazarlarlda bu ay həm neftin, həm də qaz qiymətlərinin enişi ilə qarşılaşdıq.
Qlobal bazar. Qazın 1000 kubmetri ortalama 450 dollar ətrafında ticarət edilsə də, neft qiymətlərinin satışında enmələr və qalxmalarla yadda qaldı. Onu qeyd edim ki, düz bir ay əvvəl Brent markalı neft bazarda indiki qiymətə - 78 dollar ətrafında ticarət edilirdi. Aprelin ilk hərrac günü isə 86.44 dollara qədər yüksəlmişdi. Buna səbəb OPEC+ müstəvisi çərçivəsində neft ixrac edən ölkələrin mayın 1-dən başlayaraq gündəlik hasilatı 1,66 milyon barel azaltmaq haqda çıxardıqları qərar olmuşdu. 18 aprelə qədər neft 85-90 dəhlizində ticarət edilirdi, çünki bazar iştirakçılarında bir narahatçılıq vardı ki, bu həcmdə neftin azaldılması ilə qiymət xeyli artacaq. O zamandan KİV-lərdə neft qiymətlərinin tezliklə 90 və 100 dollar həddini aşması ilə bağlı xeyli xəbər dolaşırdı. Və aprelin 18-dən ayın sonuna qədər qiymətin 7%-dən çox ucuzlaşmasının şahidi olduq.
Bəs neft qiymətlərini aşağı aparan səbəb nədir? “Bloomberg” agentliyinin bazar iştirakçıları ilə apardığı araşdırmadan məlum olub ki, bunun səbəbkarları Çin və Rusiyadır. Belə ki, Çin iqtisadiyyatının postkovid dövründə özünə gəlməsi verilən proqnozlar səviyyəsinə hələ də çata bilmir, bu isə enerjinin qlobal bazarda əsas istehlakçılarından biri olan məkanda enerjidən daha az istifadəyə gətirib çıxarır.
İkinci səbəb isə G7 ölkələrinin Rusiya neftinə və neft məhsullarına qarşı tətbiq etdikləri sanksiyalara baxmayaraq bazara hələ də müxtəlif yollarla “qara qızıl” göndərməsinə bağlıdır.
Yəni Rusiya nefti əsasən Çin və Hindistan bazarlarına daha çox axmağa başlayıb. Bu ölkələr isə daha ucuz qiymətə təkcə xammal əldə etmirlər, həm də xarici bazarlara daha çox neft məhsulları çıxarırlar. Necə deyərlər bazarda OPEC-in ekspertlərinin proqnozlaşdırdıqları “enerji qıtlığı” hələ müşahidə edilmir. Soruşa bilərsiniz ki, axı bunun nəyi pisdir ki? Bazarda ölkələrin iqtisadiyyatını canlandıran əlçatan qiymətlər var. Qiymət məsələsində vəziyyət deyərdim ki, istehsalçılar üçün də, istehlakçılar üçün də hazırda qənaətbəxş səviyyədədir. Onun əmması odur ki, sanksiyalardan kənar ticarətdə neft və neft məhsullarının “qara bazar” gəlirləri artıma meyllidir indi. Bu, isə Rusiyaya və İrana qarşı tətbiq edilən sanksiyaların fəlsəfəsi ilə, yəni həmin ölkələrin gəlirlərinin azaldılması ilə uzlaşmır. Bu isə qlobal bazarlarda hansısa qiymətlər ətrafında stabilliyin deyil, qeyri-müəyyənliyin olmasına işarədir.
Türkiyənin atom enerjisi. Yola saldığımız həftə daha bir yadda qalan hadisə qonşu Türkiyənin enerji bazarında baş verib. Aprelin 27-də Türkiyə və Rusiya prezidentlərinin onlayn iştirakı ilə “Akkuyu” atom elektrik stansiyasının ilk enerji blokunun nüvə yanacağı ilə doldurulması həyata keçirildi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, atom stansiyasının bütün reaktorları tam gücü ilə işləməyə başlayan zaman, bu isə 2028-ci ilə proqnoz edilir, ölkədə istehsal edilən elektrik enerjisinin 10%-i və ya 35 mlrd kVtsaatı atom energetikasının hesabına əldə ediləcək.
Nəticədə, Türkiyə hər il orta hesabla 1,5 milyard dollar dəyərində təbii qazın idxalını azaltmaq imkanı əldə edəcək.
Azərbaycana mənfi təsirləri mümkündürmü? Bu bəyanatdan sonra heç də ürəyinizə elə gəlməsin ki, Türkiyə bazarında ildə 10 milyard kubmetr qaz satan Azərbaycanın işləri çətinliklə üzləşəcək. Mən əsla belə fikirdə deyiləm. Çünki biz qardaş ölkənin qaz bazarında kifayət qədər rəqabətədavamlı “mavi yanacağımızla” təmsil olunuruq. Bunu təkcə biz demirik, Türkiyə hökumətinin rəsmiləri də ara-sıra bəyan edirlər. Elə isə kim daha sərfəli qiymətlərlə aldığı qazın həcmini azaldar.
Onu da qeyd edim ki, Türkiyə bazarına boru kəmərləri ilə daxil olan ən bahalı qaz son 10 ildə həmişə İran qazı olub və rəsmi Ankara Tehranla qiymətlərin yumşaldılması ilə bağlı bir neçə dəfə danışıqlara cəhd etsə də İran bundan imtina edib və səbəb kimi öz qazının daha baha maya dəyəri ilə əlaqələndirib. Onu deyim ki, bu, həqiqətən də belədir. Burada söhbət təkcə daha uzaq məsafəyə qazın nəqlindən getmir, həm də Qərb texnologiyasından məhrum olan İranın “mavi yanacağı” hasil etmək üçün daha çox enerji sərf etməsindən qaynaqlanır.
Elə isə Azərbaycan qazının ixrac həcmlərinin yaxın beşillikdə artımı zamanı qonşu bazarlarda mövqeyini daha çox itirən ölkə də İran olacaq. Bəlkə Azərbaycana qarşı soyuqlaşdırdığı münasibətinin bir səbəbi də düşməkdə olan qazının təzyiqinə bağlıdır.
Sofiya Memorandumu. Həftə əvvəli Azərbaycanın qaz sənayesinin gələcək inkişafına təkan verə biləcək bir hadisə ilə başladı.
Qeyd edim ki, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlığı ölkəmizə inamı getdikcə artırır. Elə bunun nəticəsidir ki, artıq əksər Avropa ölkələri ilə münasibətlərimiz dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin təbirincə desək, artıq Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Bu baxımdan ölkəmizin strateji tərəfdaşı olan Bolqarıstanla əlaqələ¬rimiz xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin aprelin 25-də dost ölkəyə növbəti səfə¬rinin əhəmiyyəti isə daha böyükdür. Elə səfər çərçivəsində Sofiyada Bolqarıstanın “Bul-gartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstan FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında “Əməkdaşlığın təş¬viqi ilə bağlı Anlaşma Memorandumu”¬nun imzalanması da bunu təsdiqləyir.
Xatırladaq ki, Memorandum Azərbay-candan Avropaya əlavə qazın tədarü¬kü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın is-tiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandı¬rılan Bolqarıstan, Rumıniya, Macarıs¬tan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçirilməlidir.
Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alter¬nativ marşrutlar üçün yeni imkanlar çıxarır və bu məsələdə ölkəmizlə Avropa İttifaqı arasında enerji əməkdaşlığını yeni müstəviyə keçirir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev Anlaşma Memorandu¬munun imzalanmasını əməkdaşlığın gücləndirilməsində atılan növbəti ad¬dım kimi səciyyələndirib. “2021-ci ildə biz Avropaya 8 mil¬yard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Belə¬liklə, həmin həcm bu il üçün planlaşdır¬dığımız 24,5 milyard kubmetr səviyyə¬sində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək”, deyə İlham Əliyev vurğulayıb.
Azərbaycanın genişlənən qaz ixracı. Hazırda Azər¬baycan qazı Avropada Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qazımız Rumıniyaya da çatdırılır.
Və dövlət başçımız Avropa istehlakçıları üçün mühüm əhəmiyyət kəsb edən bir xəbəri də Sofiyada bəyan edir: “Əgər bütün lazımi birləşdirici kəmərlər istiamara hazır olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq”.
Azərbaycan Prezidenti Azərbaycanın “ən azı 10 Avropa ölkəsinin qaz bazarında yer almasını” hədəflədiyini də bəyan edib.
İndi baxaq görək, hansı Avropa ölkələri bizdən qaz almaq istəyir?
Qazımızın alıcısı olan 4 ölkəni dedik. Bu siyahıya Macarıstan və Slovakiya da qoşulmaqla onların sayı 6-ya çatacaq. Daha sonra Azərbaycanın genişləndirilmiş Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarına çıxartdığı qazdan Albaniya da yararlanmaq istədiyini ortaya qoyub.
Bundan əlavə, Serbiya, Xorvatiya və Sloveniya hökumətləri də Azərbaycandan qaz idxalı hesabına özlərinin enerji təhlükəsizliklərini artırmaq istədiklərini açıqlayıblar. Bu yöndə yeni infrastrukturun yaradılması ilə bağlı addım bu ilin fevralında atılıb: Serbiya-Bolqarıstan Bu yöndə yeni infrastrukturun yaradılması ilə bağlı addım bu ilin fevralında atılıb: Serbiya-Bolqarıstan interkonnektorunun tikintisi başlayıb. Bütün bunlar gerçəkləşsə, Azərbaycan qazının idxalçılarının sayı olacaq 9. Amma qaz alıcılarımız siyahısında növbə bitməyib axı. Moldova və Bosniya Hersoqovina kimi ölkələr də var.
Sofiyada ofis açan SOCAR. Azərbaycan qazının Avropa bazarlarında satış həcmlərinin artımı başqa bir məsələni də önə çıxartdı. SOCAR Sofiyada özünün ofisini açdı. Tədbirə Azərbaycan və Bolqarıstan prezidentlərinin də qatılması gələcəkdə bu bazarda ölkəmizin artan maraqlarından xəbər verir. Qeyd edim ki, Azərbaycan Avropanın bir sıra ölkələrinin təkcə qaz təminatçısı olmaq istəmir, həm də qaz ticarətinin biznes həlqələrində iştirakçıya çevrilmək istəyir. Yəni qonşu Gürcüstan və Türkiyədə olduğu kimi.
Amma Sofiyada qazımıza bağlı daha bir diqqət çəkən hadisə baş verib. Bunu isə sürprizli xəbər kimi Bolqarıstan prezidenti Rumen Radev ictimailəşdirib. “Mən cənab Prezident Əliyevə məlumat vermək istərdim ki, Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Cənab Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq.
Çünki geosiyasi vəziyyət, ilk növbədə, birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”, - deyə Bolqarıstanın dövlət başçısı bəyan edib.
İxrac qazımızın statistikası. İndiyə qədər, yəni 2020-ci il dekabrın 31-dən cari ilin 1 aprel tarixinədək Cənub Qaz Dəhlizi ilə Avropaya 22,4 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Bu məlumatı açıqlayan “SOCAR Turkiye Enerji” şirkətinin baş direktoru Elçin İbadov bildirib ki, 2018-ci il iyunun 30-dan 2023-cü ilin birinci rübünün sonuna qədər TANAP qaz kəməri vasitəsilə Türkiyə bazarına 21 milyard kubmetrdən çox Azərbaycan qazı daxil olub.
2007-ci ildən indiyə qədər isə Türkiyə bazarında 98,2 milyard kubmetr Azərbaycan qazı satılıb ki, bunun da 9,3 milyard kubmetri “SOCAR Turkiye Enerji” şirkətinin birbaşa iştirakı ilə həyata keçirilib. Yəni az bir müddət sonra Türkiyə Cümhuriyyətinin 100 illiyinə bizim ayrıca töhfəmiz olacaq – qardaş ölkəyə 100 milyard kubmetr qazımızın çatdırılması. İnanıram ki, bu yubiley həcmini diqqətdə saxlayır həm istehsalçılar, həm də alıcılar.
İri addımlarla irəliləmək bacarığı. Azərbaycan 15 ildən bir qədər artıqdır ki, qaz ixracatçısına çevrilib. Biz bu sahədə çox gənc yaşda olan bir oyunçu obrazındayıq. Amma ötən bu qısa müddətdə qazandığımız nailiyyətlər kifayət qədər böyükdür. Biz üçüncü ildir ki, böyük qaz bazarına daxil olmuşuq və ətrafımızda olan dünyanın ilk dördlüyündəki qaz ölkələrinə diqqət yetirsək, görərik ki, bunlardan ən böyüyü Avropa bazarından faktiki sıxışdırılıb tam çıxarılmaq təhlükəsi ilə üzləşib, ehtiyatlarına görə dünyanın ikinci ölkəsi olan İranın qaz ixracı ötən il Azərbaycanın ümumi qaz ixracından 2 dəfə az həcmdədir, əgər biz qaz həcmlərini bundan sonra 1,5 dəfə artırmaq imkanına malikiksə, sanksiya altında qlobal bazarlardan təcrid edilmiş cənub qonşumuzun perspektivləri çox dumanlıdır.
Xəzərin o tayındakı bizə qohum olan Türkmənistan isə 1989-cu ildə hasil etdiyi 90 milyard kubmetrlik qaz həcmlərinə 34 ildir ki, yetişə bilmir və nə zaman çatacağı da məlum deyil.
Bu baxımdan, Azərbaycan həqiqətən böyük qaz bazarına daxil olmaq, mövqelərini bərkitmək və gələcəkdə yeni yeni mövqelər əldə etmək üçün addım addım irəliləyir. Lap Qarabağ və Şərqi Zəngəzurumuzdakı zirvələrə irəlilədiyi kimi. Özü də bu addımlar öz tutumluğuna, əhatəliyinə görə qətiyyən kiçik deyil. Lap o məşhur şüarda səsləndiyi kimi: “Azərbaycan iri addımlarla irərliləyir”!
Bizim.Media