Kazan şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tatarıstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Tatarıstan-Azərbaycan biznes forumu keçirilib.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.
O, qeyd edib ki, rəhbərlik etdiyi qurumun dəstək alətlərinə daxili bazarın araşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələrindəki layihələrinə qrantın ayrılması, KOB-ların ticarət şəbəkələrinə çıxışı, təlim və məsləhət xidməti, “Startap” şəhadətnaməsinin verilməsi, sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərilməsinin təşkili və s. daxildir.
Sədrin sözlərinə görə, KOBİA Azərbaycan və Tatarıstan iş adamları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin icrası istiqamətində müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların müəyyən edilməsində lazımi dəstəyi göstərə bilər.
Agentlik 2019-cu ildən etibarən “Rusiya - İslam dünyası: Kazan Sammiti”ndə aktiv iştirak edir. Növbəti sammitdə də iş adamlarından ibarət nümayəndə heyətinin iştirakı, tədbir çərçivəsində təşkil olunan sərgidə KOBİA və AZPROMO-nun birgə stendlə təmsil olunması və sahəvi görüşlərin keçirilməsi planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
04:33 / 29.04.2023
Kazanda Tatarıstan-Azərbaycan biznes forumu KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Kazanda Tatarıstan-Azərbaycan biznes forumu KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Kazanda Tatarıstan-Azərbaycan biznes forumu KEÇİRİLDİ - FOTO
133387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.