Ukrayna tezliklə ABŞ Energetika Nazirliyindən energetika sektoru üçün avadanlıqların doqquzuncu partiyasını alacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Cennifer Qrenholm ölkə Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
“ABŞ müəssisələri tərəfindən bizə verilən və ya onlardan aldığımız avadanlıqlarla dolu doqquzuncu təyyarəni göndərməyə hazırlaşırıq. Bundan əlavə, Milli Nüvə Təhlükəsizliyi Administrasiyası ilə birlikdə Ukraynada radiasiya aktivliyini qeydə almaq üçün sensorlar quraşdırmışıq və Ukraynadakı insanların radiasiya ilə bağlı vəziyyətlərdə nə etməli olduqlarına dair təlimlər keçirik”, - o deyib.
Nazir qeyd edib ki, Ukraynada gələcək enerji şəbəkəsinin işlənib hazırlanması da qurumun diqqət mərkəzindədir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
03:40 / 27.04.2023
ABŞ Ukraynaya energetika sektoru üçün yeni avadanlıqlar göndərəcək
Hazırda oxunan: ABŞ Ukraynaya energetika sektoru üçün yeni avadanlıqlar göndərəcək
Hazırda oxunan: ABŞ Ukraynaya energetika sektoru üçün yeni avadanlıqlar göndərəcək
132989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.