“Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirmə metodunun tətbiqinə start verildi - FOTO 

Hazırda oxunan: “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirmə metodunun tətbiqinə start verildi - FOTO 

132759

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ölkəmizdə fəaliyyət göstərən şirkət və müəssisələrdə rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, 4SİM ilə Dünya İqtisadi Forumunun Türkiyə Respublikasındakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə ev sahibliyi edən Türkiyə Metal Sənayeçilər Birliyi (MESS) arasında imzalanmış Anlaşma Memorandumunda müəyyənləşdirilmiş istiqamətlər üzrə əməkdaşlıq çərçivəsində dövlət qurumları və özəl müəssisələrdə “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsinin tətbiqinə start verilib. 

Bu qiymətləndirmə metodunun “SOCAR Polymer” şirkətində tətbiqi ilə bağlı 4SİM və bu şirkət arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Ölkəmizdə ilk olaraq tətbiq olunacaq bu xidmət çərçivəsində “SOCAR Polymer” şirkətinin istehsalat və biznes proseslərinin, eləcə də müxtəlif məlumatların təhlili aparılacaq, şirkətin rəqəmsal hazırlıq və Sənaye 4.0 üzrə mövcud vəziyyətinə dair hesabat, eləcə də smart transformasiya sahəsində növbəti 2-3 il ərzində inkişaf üzrə yol xəritəsi hazırlanacaq. 

“SOCAR Polymer” şirkətində “SIRI” qiymətləndirməsi prosedurlarına aprelin 24-də başlanılıb. 

Qeyd edək ki, Qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə “McKinsey”, “Siemens”, “SAP”, “Technical Inspection Association” kimi beynəlxalq şirkətlərlə birlikdə Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən tərtib edilən “SIRI” qiymətləndirməsi Dünya İqtisadi Forumu tərəfindən rəsmi olaraq qəbul edilmiş yeganə rəqəmsal yetkinliyin qiymətləndirilməsi metodudur və bu metod bu günə qədər dünyanın 30 ölkəsində fərqli sahələrdə fəaliyyət göstərən 850-dən artıq şirkət və müəssisələrdə tətbiq olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin