Azərbaycanın gömrük ərazisinə idxalına icazə verilən qida və yem məhsulları müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxalına yol verilir.
Təqdim olunan məlumatlar əsasında Agentlik tərəfindən müvafiq xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla fərqli tələblərinin sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsinə dair araşdırma həyata keçirilir və nəticələrinə dair hesabat hazırlanır.
Araşdırma ən geci 2 (iki) ay müddətində başa çatdırılmalıdır.
Araşdırma nəticələri əsasında xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla müqayisədə sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin edib-etmədiyi müəyyənləşdirildikdə, Agentlik həmin texniki normativ hüquqi aktın ekvivalentliyinin tanınması və ya ekvivalentliyinin tanınmasından imtina edilməsi haqqında 10 (on) iş günü müddətində qərar qəbul edir və qəbul edilmiş qərar barədə 7 (yeddi) iş günü müddətində xarici səlahiyyətli quruma diplomatik kanallar vasitəsilə rəsmi məlumat verir.
Məlumatda ekvivalentliyin tanınması ilə bağlı qərarın qüvvəyə minməsi tarixi, ekvivalentliyin tanınmasından imtina edildikdə isə imtinaya əsas olmuş hallar qeyd olunmalıdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:26 / 25.04.2023
AQTA-ya yeni səlahiyyət VERİLDİ
Hazırda oxunan: AQTA-ya yeni səlahiyyət VERİLDİ
Hazırda oxunan: AQTA-ya yeni səlahiyyət VERİLDİ
132728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.