Neftin qiyməti yenidən 30 dollara düşə bilər...

Hazırda oxunan: Neftin qiyməti yenidən 30 dollara düşə bilər...

132559
Analitiklər Dohada neft istehsalatçı ölkələrinin uğursuz nəticələnən görüşündən sonra neftin qiymətinə dair proqnozlarını yenidən baxmağa başlayıblar. Onlardan bəziləri, hətta neftin 1 barelinin qiymətinin 30 dollaradək ucuzlaşmasını gözləyir.

Moderator.az “İnterfaks”x9da istinadən xəbər verir ki, bu barədə “MarketWatch”x9d məlumat yayıb. 

“Bu, olduqca mənfi hadisədir. Yaxın günlərdə neft 30 dollaradək ucuzlaşa bilər”x9d, - “Natixis”x9din analitiki A.Deşpand bildirib.

Bazardakı 1-1,5 mln. barreldən artıq olan neft təklifini OPEK-ə üzv olmayan ölkələr aşağı salmalı olduğunu göstərən BS-in ekspertləri də onunla razıdır.

“IG Plc”x9dnin analitiki Anqus Nikolson isə deyir ki, “Neftin qiyməti hətta 38 dollardan aşağı düşsə, birjalar çökə bilər.

Əgər qiymət daha da ucuz olarsa, bizi bu həftə kotirovkaların çökməsini gözləyirik. Əgər son zamanlarda neftin qiyməti məhz hasilatın dondurulmasının gözlənilməsi əsasında artırdısa, o zaman qiymətin 30 dollara qədər ucuzlaşması ehtimalı var”x9d.

Bununla yanaşı, “Saxo Bank”x9dın baş təhlilçisi Ole Hansen hesab edir ki, II rübdə Brent markalı neftin 1 barrelinin qiyməti 35-45 dollar dəhlizində dəyişəcək.

“Goldman Sachs”x9dın analitikləri hesab edir ki, “Doha faktoru”x9d birjalara neqativ təsir etsə də, qəfildən Küveytin hasilatı azaltması birjalara müsbət siqnal verə bilər.

Bununla yanaşı, “ETX Capital”x9d treydinq şöbəsinin rəhbəri Co Randl qeyd edib ki, “Doha görüşünün əsas çıxarışı OPEK-in neft bazarına əvvəlki nüfuzu yoxdur”x9d.

OPEK ölkələrinin nümayəndələrinin və digər iri neft ixracatçılarının Dohadakı görüşü Səudiyyə Ərəbistanının mövqeyi üzündən uğursuz nəticələnib. Ərəbistanın mövqeyinin əsas şərti neft hasilatının dondurulmasına dair sazişdə İranın iştirakından ibarət idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin