SOCAR-ın obyektləri daha etibarlı mühafizə ediləcək - DİN-lə müzakirələr aparıldı

Hazırda oxunan: SOCAR-ın obyektləri daha etibarlı mühafizə ediləcək - DİN-lə müzakirələr aparıldı

13206

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji obyektlərinin mühafizəsini həyata keçirən Daxili İşləri Nazirliyi Baş Mühafizə İdarəsinin və SOCAR Təhlükəsizlik İdarəsinin rəhbər heyətləri arasında obyektlərdəki mühafizə xidmətinin etibarlılığının daha da artırılması ilə bağlı müzakirə aparılıb.

Bizim.Media-nın SOCAR-a istinadən verdiyi məlumata görə, Təhlükəsizlik İdarəsinin rəisi Füzuli Hacıyev və rəis müavinləri, DİN Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev, aidiyyəti mühafizə idarələrinin rəisləri və SOCAR-ın Baş ofisin mühafizəsinin təşkili və hərbi səfərbərlik şöbəsinin rəisi Cavad Tinayevin iştirak etdikləri toplantıda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun və boru kəmərlərinin mühafizəsinin gücləndirilməsi, eləcə də SOCAR və DİN arasında əməkdaşlığın inkişafı və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Bu il SOCAR-ın payları satılmayacaq - Nazir


İştirakçılar mövcud mühafizə şəraiti, texniki imkanlar və obyektlərin daha etibarlı mühafizəsinin təşkili ətrafında fikir mübadiləsi aparıblar.

Hazırda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsi müəssisənin mühafizə və təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyəyə qaldırılmasını tələb edir.

Cənubi Qafqaz regionunun yeganə neft emalı müəssisəsi olan Zavodda hər il 6 miyon tona yaxın neft emal edilərək, Azərbaycanın yanacaq və digər neft məhsullarına olan tələbatını təmin edir, məhsulun bir hissəsi isə ixrac olunur.

Modernizasiya layihəsi nəticəsində 2022-ci ildən etibarən Avro-5 standartına cavab verən yanacaq məhsullarının istehsalına başlanılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin