Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsinin həcmi ARTIB

Hazırda oxunan: Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsinin həcmi ARTIB

132049

2023-cü ilin birinci rübündə Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 373,9 milyon dollar olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Statistika Komitəsi bildirir. 

Məlumata görə, hesabat dövründə bu göstərici ötən ilin ilk üç ayı ilə müqayisədə (355,4 milyon dollar) 5,1 faiz artıb. 

Komitənin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstandan Azərbaycana ixrac 180,6 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin analoji aylarının göstəricisindən (125,3 milyon dollar) 44,1 faiz çoxdur.
Bu ilin ilk üç ayı ərzində Gürcüstan Azərbaycandan idxalı 2022-ci ilin birinci rübü ilə (230,08 milyon dollar) müqayisədə 16,02 faiz azaldaraq 193,24 milyon dollara salıb. 

Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında əmtəə dövriyyəsi 2022-ci ildə 1,3 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən (1,1 milyard dollar) 16,1 faiz çox olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin