İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 930:2023 (ГОСТ 28595-2015) “Gümüş külçə. Texniki şərtlər”, AZS ISO 8653:2023 “Zərgərlik məmulatları — Üzük ölçüləri — Anlayışlar, ölçülər və adı” dövlət standartları qəbul edilib.
AZSTAND-dan Bizim.Media-ya bildirilib ki, AZS 930:2023 (ГОСТ 28595-2015) “Gümüş külçə. Texniki şərtlər” dövlət standartı ölkənin ehtiyacları və ixrac üçün nəzərdə tutulan saflaşdırılmış gümüş külçələrə şamil edilir.
AZS ISO 8653:2023 “Zərgərlik məmulatları — Üzük ölçüləri — Anlayışlar, ölçülər və adı” dövlət standartı isə ölkəyə ixrac edilən və istehsal edilən üzüklərin vahid üzük ölçülərini müəyyənləşdirir.
Yeni standartlar “AzerGold” QSC tərəfindən hazırlanıb, “Qiymətli metallar və qiymətli daşlar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 36) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
02:26 / 20.04.2023
Qiymətli metallar və zinət əşyaları üzrə dövlət standartları qəbul edilib
Hazırda oxunan: Qiymətli metallar və zinət əşyaları üzrə dövlət standartları qəbul edilib
Hazırda oxunan: Qiymətli metallar və zinət əşyaları üzrə dövlət standartları qəbul edilib
131773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.