“Qarabağın bərpasından önəmli bir işimiz qalmayıb” – Prezident

Hazırda oxunan: “Qarabağın bərpasından önəmli bir işimiz qalmayıb” – Prezident

13177

“Bu il Qarabağın bərpasına 2.2 milyard dollar ayrılması nəzərdə tutulur. Yarısı bölünüb, yarısı bölünməmiş qalıb. Hesablamaq çətindir”

Bizim.Media xəbər ki, bu sözləri Prezident İlham Əliyev mətbuat konfransında mövzu ilə bağlı suala cavab verərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Tarixi abidələrimizin bərpasında da Türkiyəni görmək istəyirik” – İlham Əliyev 


Ölkə başçısı bildirib ki, Qarabağda bərpa işlərinə lazım olan dəqiq məbləğ təhlil aparılandan sonra məlum olacaq.

“Amma bir neçə milyard vəsait lazım olacaq. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bir milyon insanı qaytarmaq üçün inşaat işləri, xəstəxanalar, məktəblər və s. inşa olunmalıdır.

Ona görə biz hər il üçün müəyyən büdcə ayırdıq. 2.2 milyard son rəqəm deyil. Görsək ki, bu pul çatmır, əlavə edəcəyik. Qarabağın bərpasından önəmli bir işimiz qalmayıb.”

Ölkə başçısı həmçinin Azərbaycanın bölgədə əməkdaşlıq tərəfdarı olduğunu diqqətə çatdırıb.

Prezident Azərbaycanı dünyanın görüş nöqtəsi adlandıraraq Bakının sülh və əməkdaşlıq tərəfdarı olduğunu vurğulayıb.  

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin