“Ermənilər 54 min hektar meşə sahəsini dağıdıblar” - Prezident

Hazırda oxunan: “Ermənilər 54 min hektar meşə sahəsini dağıdıblar” - Prezident

13167

“Qarabağa bütün dəymiş ziyan hesablanacaq”

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev azərbaycanlı jurnalistin sualını cavablandırarkən deyib. Ölkə başçısı bildirib ki, “müvafiq müqavilələr imzalanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

''Ermənistanın cəsarəti çatacaqmı ki, Putinin imzası olan sənədin üstündən xətt çəksin?''- PREZİDENT 


Yaxın gələcəkdə beynəlxalq şirkətlər Azərbaycana gələcək.  Dəymiş ziyanın, təzminatın ödnilməsi üçün beynəlxalq məhkəmələrdə iddia qaıdırılacaq”

Prezident İlham Əliyev qeyd edib ki, torpaqlarımız işğaldaykən ermənilər torpaqlarımızdakı resursları vəhşicəsinə istismar edib. 

“Qızıl mədənlərimizin istismarı da beynəlxalq cinayədir. Bunu edən bəzi şirkətlərin də məsuliyyətə cəlb edilməsi üçün ilkin işlər aparılır. Bu şirkətlər ya təzminat ödəyəcək, ya da məhkəmə prosesi gedəcək.”

Məhkəmə prosesində həmin şirkətlərin və Ermənistanın dünya miqyasında biabır olacağını deyən Prezident İlham Əliyev bildirdi ki, ermənilər 54 min hektar meşə sahəsini də dağıdıblar.

100 min hektar toropaqlardan taxıl sahəsi kimi istifadə edən şirkətlər də cərimələnəcək. 

Obyektiv yanaşma sərgilənsə təzminatın Azərbaycana ödənəcəyini önə çəkən ölkə başçısı dolğun hesabatın yaxın zamanda hazır olacağını vurğuladı. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin