Azərbaycana idxal olunan kimyəvi saplardan hazırlanmış parçalar - tərkibində 85 kütlə% və ya daha çox teksturasiya edilməmiş poliefir saplar olan boyanmış, müxtəlif rəngli və çap olunmuş parçalar, sintetik kompleks saplardan ağardılmamış və ya ağardılmış, boyanmış, müxtəlif rəngli parçalar, neylondan və ya digər poliamidlərdən və ya poliefirlərdən alınan çox möhkəm saplardan hazırlanmış digər parçalar 15 faiz gömrük rüsumundan azad edilir.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:22 / 18.04.2023
Azərbaycana idxal olunan sintetik parçalar gömrük rüsumundan azad edildi
Hazırda oxunan: Azərbaycana idxal olunan sintetik parçalar gömrük rüsumundan azad edildi
Hazırda oxunan: Azərbaycana idxal olunan sintetik parçalar gömrük rüsumundan azad edildi
131452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.