Azərbaycanın birbaşa daxili dövlət borcunun MƏBLƏĞİ 

Hazırda oxunan: Azərbaycanın birbaşa daxili dövlət borcunun MƏBLƏĞİ 

131290

Bu il aprelin 1-nə Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği 4368,7 milyon manattəşkil edib. 

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 180,5 milyon manat və yaxud 4,3 % çoxdur. 

Nazirlik artımı daxili dövlət borcalmasının məbləğinin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə izah edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin