"Şahdəniz" qazının ixracı 9,7% ARTDI

Hazırda oxunan: "Şahdəniz" qazının ixracı 9,7% ARTDI

131211

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 520,3 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 7% çoxdur.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qaz nəqlinin 47,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 5 511,4 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,7 %-lik artım).

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin