Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanları müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə məlumat yayıb.
Məlumata görə, Bakı Limanında Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Limanın fəaliyyəti, Avrasiyanın logistika mərkəzi kimi Bakı Limanın regional əlaqələrin qurulmasında apardığı fəaliyyət, icra edilən və prespektiv layihələr barədə məlumat verilib.
Regionun nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində aparıcı rol oynayan Bakı Limanı vasitəsi ilə Türkiyədən də keçməklə Avropa və Asiya arasında sürətli yük daşınmasının həyata keçirildiyi və bu strategiyanın daha da genişləndirilməsi imkanları barədə müzakirə aparılıb.
Görüşdə Şərq-Qərb arasında qlobal səviyyədə etibar və diqqət qazanan nəqliyyat marşrutu - Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanlarından da bəhs edilib.
Nümayəndə heyəti Bakı Limanının terminallarına da səfər edərək yüklərin tranzit keçidinin təşkili prosesi ilə tanış olub, qaydalarla bağlı məlumat alıblar .
Nümayəndə heyəti Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın müzakirə edilməsi məqsədilə ölkəmizədə səfərdədir və aidiyyatı strukturlarla görüşlər keçirirlər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:07 / 14.04.2023
Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması təklif edilir - FOTO
Hazırda oxunan: Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması təklif edilir - FOTO
Hazırda oxunan: Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması təklif edilir - FOTO
130810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.