Türkiyə aprelin 12-də Bolqarıstana mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü layihəsinə başlayıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin dövlət boru kəməri şirkəti “BOTAŞ”ın rəhbəri Burhan Özcan Mərmərə dənizindəki Mərmərə Ereğlisi limanının LNG terminalında baş tutan yola düşəcək tankerə yanacağın doldurulması mərasimində deyib.
“Bugünkü partiya təxminən 55 milyon kubmetr LNG təşkil edəcək. İl ərzində ümumi tədarük 1,5 milyard kubmetri keçəcək”, - deyə B. Özcan bildirib.
Onun sözlərinə görə, Bolqarıstana Türkiyədən qaz nəqlinin başlanması təkcə iki ölkə üçün deyil, həm də Avropa üçün vacibdir, çünki bu, onun enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:10 / 12.04.2023
Türkiyə Bolqarıstana qaz tədarükünə BAŞLADI
Hazırda oxunan: Türkiyə Bolqarıstana qaz tədarükünə BAŞLADI
Hazırda oxunan: Türkiyə Bolqarıstana qaz tədarükünə BAŞLADI
130413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.