Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarını MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarını MÜZAKİRƏ EDİB 

130243

Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələlərini müzakirə edib. 

Bizim.Media bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir. 

AZPROMO-nun dəstəyi ilə Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən Türkiyə və Azərbaycan sahibkarlarının iştirakı ilə Bakıda işgüzar görüş keçirilib. 
Tədbirdə sənaye, kənd təsərrüfatı, qida, logistika, əczaçılıq, maliyyə və konsaltinq, İKT, tekstil və s. sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib. 

Biznes dairələri üçün təşkil edilən ikitərəfli görüşlərdə təmasların qurulması, həmçinin uzunmüddətli əməkdaşlığa dair razılıqların əldə olunmasına dair fikir mübadiləsi aparılıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin