İran Bankı Azərbaycandan niyə qaçır? – Tehranın növbəti oyunu, yoxsa...

Hazırda oxunan: İran Bankı Azərbaycandan niyə qaçır? – Tehranın növbəti oyunu, yoxsa...

129968

İran Milli Bankının Bakı filialına məxsus bir çox əmlaklar satışa çıxarılıb. Ümumilikdə, satışa 3 mənzil və 6 qeyri-yaşayış obyektləri, o cümlədən “Babək Plaza”da İran Bankına məxsus olan ofis sahələri satışa çıxarılıb.

Bankın satışa çıxardığı mənzillər Bakının mərkəzində, 28 may metrosunun - Çay fabrikinin yaxınlığında  Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir.  

Digər satış obyekti isə  Bakının Nizami rayonunda Naxçivanski küçəsində yerləşən 48 kvadratmetrlik ərazidir. İran Milli Bankının Bakıda satışa çıxardığı daha 4 kommersiya obyekti isə Bakının məşhur biznes mərkəzlərindən birində “Babək Plaza”da (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanı) yerləşən ofis sahələridir. 

İran Milli Bankının bir çox əmlakının satışa çıxarması haqlı suallar doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

İran Milli Bankı Bakıdakı əmlaklarını SATIŞA ÇIXARDI


Məsələ ilə bağlı millət vəkili, Aydın Hüseynovun fikirlərini öyrəndik. Deputat Bizim.Media-ya açıqlamasında bildirdi ki, hansısa bankın öz əmlakını satışa çıxarmasının bir sıra səbəbləri ola bilər:

“Bu vəsait çatışmamazlığyla da, daxili ehtiyacların ödənilməsi ilə də bağlı ola bilər. Amma unutmaq lazım deyil ki, İran Azərbaycanla bağlı məsələlərə hər zaman siyasi prizmadan baxır. İran hər vasitə ilə istəyir ki, Azərbaycanda bir gərginlik yaratsın. İran əlində olan bütün rıçaqlardan istifadə edərək Azərbaycana təzyiq etmək istəyir. İran Milli Bankının indiki həssas dönəmdə Bakıdakı bir sıra əmlaklarının satışa çıxarılması bu mənada növbəti bir oyun ola bilər”.

Millət vəkili onu da qeyd etdi ki, İran Milli Bankının ölkəmizin maliyyə bazarında çəkisi çox cüzidir:

“Bu mənada Bankın Azərbaycan bazarından çəkilməsi hansısa ajiotaj yarada bilməz. Üstəlik, Azərbaycan dünyanın bütün investorlarına hər zaman açıq olub. Bu gün də belədir. Məhz bunun nəticəsidir ki, ölkəmizin maliyyə bazarında davamlı sabitlik var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin